“Rusiya televiziyası güclü hərbi silahdır” – Litvalı rəsmilərdən qəribə təklif
Bizi izləyin

Dünya

“Rusiya televiziyası güclü hərbi silahdır” – Litvalı rəsmilərdən qəribə təklif

Ukrayna 15 Rusiya telekanalının efir və kabel şəbəkələrində təkrar yayıma qadağa qoymaqla rus təbliğatından müəyyən qədər xilas ola bildi.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, litvalı rəsmilər bunun üçün bir qədər fərqli yol düşünür.

Litva parlamentinin müdafiə məsələləri üzrə milli komitənin sədri Arturas Paulauskas, mədəniyyət məsələləri üzrə prezidentin əsas məsləhətçisi Ruta Kaçkute və jurnalist Vidas Raxlyaviçyus LRT telekanalının efirində rus təbliğat maşınından xilas olmaq yolları barədə fikirlərini bildiriblər. Onların fikrincə, Litva əhalisinin beyinlərinin yuyulmadan, Rusiyanın yalan informasiyalardan xilası üçün rus telekanallarına sadəcə baxmamaq lazımdır.

“Biz rus telekanallarından qorunmalıyıq. İllər ərzində kommersiya telekanalları şüurumuza yeridir ki, bu, sadəcə, bir əyləncə üçün vasitədir. Amma bu çox güclü hərbi silahdır. Televiziya güclü müharibə silahıdır. Sürətli və müvafiq addımlar atmaq lazımdır. Artıq heç bir müzakirələr aparılmadan rus telekanallarını söndürmək lazımdır”, - V.Raxlyaviçyus deyib.

Litva prezidentinin məsləhətçisi qeyd edib ki, Rusiya qonşu ölkələrlə hazırda hibrid, informasiya, kibernetika və energetika müharibələri aparır. Onun sözlərinə görə, Rusiya təbliğat üçün 217 milyon avro ayırıb və bu vəsait ölkənin hərbi gücü haqqında qonşu ölkələrdə təbliğatın aparılmasına xərclənəcək.

V.Raxlyaviçyus kabel telekanallarının rəhbərlərinə çağırış edib ki, rus kanallarının yayımından gələn gəlirdən imtina etsinlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm