Rusiya Arktikada da rəqiblərini qorxutmağa çalışacaq
Bizi izləyin

Dünya

Rusiya Arktikada da rəqiblərini qorxutmağa çalışacaq

Rusiya Silahlı Qüvvələri Qərb hərbi dairəsinin nəqliyyat və ordu aviasiyası Arktik regionunda taktiki aviasiya təlimlərinə cəlb ediləcək.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qərb hərbi dairəsinin mətbuat xidmətinin müdiri Oleq Koçetkov bildirib.

O.Koçetkovun sözlərinə görə, təlimlərə 25 ekipaj cəlb ediləcək. Təlimlər çərçivəsində “MiQ-31BM” və “Su-24M” təyyarələrinin ekipajları Şimal dəniz yolu marşrutu ilə patrul təlimləri keçəcək. Bundan başqa “Su-24MR” kəşfiyatçı təyyarələrin pilotları kəşfiyyat və hədəflərin aşkarlanması məsələlərini yerinə yetirəcək.

Murmansk vilayətində başlayacaq taktiki aviasiya təlimləri həftəsonuna qədər davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm