Jirinovski Krımdakı vəzifəsindən imtina etdi
Bizi izləyin

Dünya

Jirinovski Krımdakı vəzifəsindən imtina etdi

Krım Dövlət Şurasına seçkilərdə müvafiq olaraq “Vahid Rusiya” Partiyası və Liberal-Demokrat Partiyasının partiya siyahılarına başçılıq edən Krımın yeni baş naziri Sergey Aksyonov və partiya sədri Vladimir Jirinovski mandatlarından imtina edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Krım Dövlət Şurasının mətbuat xidməti bildirb.

Krım parlamentində onların yerlərini partiyaların başqa nümayəndələri tutacaq. Sergey Aksyonov və Vladimir Jirinovski müvafiq olaraq Vladimir Yeremin və Yevgeni Kabanovla əvəzlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm