Donbasda “Novorossiya ordusu” yaradıldı
Bizi izləyin

Dünya

Donbasda “Novorossiya ordusu” yaradıldı

Donetsk və Luqansk “xalq respublikaları” birləşmiş “Novorossiya ordusu” yaradıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” “Ali Soveti”nin mətbuat xidməti bildirib.

“Novorossiya ordusu”nun “baş komandanı” general-leytenant İvan Korsuna qısa müddətdə silahlı qüvvələrlə bağlı lazımı tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Xatırladaq ki, separatçı qurumlar may ayında referendum keçirərək "xalq respublikaları” elan edib və “Novorossiya” ittifaqını yaradıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm