Gürcüstan və Rusiya arasında aviareyslər bərpa oluna bilər
Bizi izləyin

Dünya

Gürcüstan və Rusiya arasında aviareyslər bərpa oluna bilər

Gürcüstan və Rusiya arasında müntəzəm aviareyslər noyabr ayında bərpa oluna bilər.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hazırda iki ölkə arasında yalnız çarter reysləri həyata keçirilir.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında müntəzəm aviareyslər iki ölkənin arasında münasibətlərin gərginləşməsindən sonra 2006-cı ildə ləğv edilib və 2008-ci ildə bir müddət bərpa olunub. Lakin 2008-ci ilin avqust müharibəsindən sonra diplomatik münasibətlərlə yanaşı təyyarə reysləri də ləğv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm