İsrail və Fələstin arasında növbəti razılıq əldə olundu
Bizi izləyin

Dünya

İsrail və Fələstin arasında növbəti razılıq əldə olundu

İsraill və Fələstin arasında Qəzzanın infrastrukturunun bərpası üçün tikinti materiallarının çatdırılması barədə razılıq əldə olunub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Al-Arabiya” telekanalına açıqlamasında BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Robert Serri bildirib.

Onun sözlərinə görə, razılıq məhz BMT-nin vasitəçiliyi ilə əldə olunub. Müqavilənin müddəalarına əsasən, HƏMAS tikinti materiallarının idxalına mane olmamalıdır. Tərəflər həmçinin razılaşıb ki, tikinti materiallarının hərbi qruplaşmaların əlinə düşməsinə imkan verilməyəcək.

Xatırladaq ki, İsrail ordusunun Qəzzaya qarşı hərbi əməliyyatı bu ilin 8 iyulunda başlayıb və 50 gün davam edib. İsrailin hava zərbələri və quru əməliyyatı nəticəsində 2 mindən çox insan həlak olub, infrastruktur və yaşayış binalarına ciddi zərər dəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm