“Ermənistana qayıdaraq üç ay divarlara baxacağam”- Ermənilər nə edəcək?
Bizi izləyin

Dünya

“Ermənistana qayıdaraq üç ay divarlara baxacağam”- Ermənilər nə edəcək?

Qeyd edək ki, bir müddət əvvəl bu məsələyə Ermənistan prezidenti Serj Sarkisyan da toxunmuş və erməni miqrantlar üçün qanunvericiliyin sadələşdirilməsi mövzusunda Rusiya ilə danışıqların aparıldığını bildirmişdi.

Rusiyada 1 Yanvar tarixindən qüvvəyə minən yeni miqrant qanunu artıq özünün ilk nəticələrini verməkdədir. Miqrantların Rusiyada 90 gündən çox qala bilməməsini nəzərdə tutan yeni qanun layihəsi erməni miqrantlarında narazılıq doğurmağa başlayıb.

2013-cü ilin dekabr ayında qəbul olunan qanuna görə, vizasız Rusiya ərazisinə daxil olanlar hər 180 günün yalnız 90 gününü bu ölkədə ola bilərlər. Yəni, Rusiya ilə viza rejiminə malik olmayan ölkə vətəndaşları bu ölkədə cəmi üç ay qalmaq hüququna malikdirlər, onlar sonra öz ölkəsinə dönməli, burada üç ay qaldıqdan sonra yenidən Rusiya gələ bilərlər. Qanunu pozanların isə üç il müddətində Rusiyaya girişi qadağan olunur.

Publika.Az –ın verdiyi xəbərə görə, “1in.am” saytı Rusiyanın qəbul etdiyi yeni miqrant qanunun ermənilər üçün nəticələrindən yazıb.

İş arxasınca Vladiqafqaza gedən və tikinti sahəsində iş tapa bilən Artyom Arakelyan qanuna edilən dəyişikliklərdən narazılığı ifadə edib. Əvvəl ildə bir dəfə - yeni il ərəfəsində Ermənistana gəldiyini deyən erməni miqrant qeyd edir ki, qalan aylarda ailəsini saxlamaq üçün Rusiyada işləməyə məcbur idi. “Amma indi bu hansısa bir meymunluğa oxşayır. Üç ay işləyəcəyəm, sonra Ermənistana qayıdaraq üç ay divarlara baxacağam. Daha sonra isə yenidən iki qəpik qazanmaq üçün Rusiyaya qayıdacağam. Burada İş tapa bilmirəm, yoxsa getməzdim. Yerevanda işçilərə tələbat yoxdur”, - o, qeyd edir.

“1in.am”la söhbətində A.Akopyan bildirib ki, artıq ikinci övladın dünyaya gəılməsindən sonra Ermənistanda ailəsini saxlaya bilməyəcəyini anlayıb. Hazırda Ermənistanda olan A.Akopyan yazda Volqoqrada qayıtmaq istəsə də, Rusiyanın qəbul etdiyi yeni miqrant qanunu onu ciddi düşündürür:“Mən bilmirəm onlar nəyi fikirləşərək bu qanunu qəbul etdilər? Çox narahatam, üç ay ərzində iş tapmaq və pul yığmaq çox çətindir”.

Hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakuns bildirir ki, qazanc dalınca gedən insanlar adətən üç aydan daha çox qalmağı planlaşdırırlar. O, üç ay müddətində işi planlaşdırmağın mümkün olmadığını və gedənlərin qayıtmağa məcbur olduğunu ifadə edir.

Hüquq müdafiəçisinin daha bir qorxusu var: “Bu qanun ilk baxışda Gömrük Şurasının məntiqinə ziddir. Bu qanun çox ehtimal ki, ölkələrə təzyiqi göstərmək üçün bir alətdir. Məqsəd də odur ki, vətəndaşları daha çox Rusiyaya qazanclara dalınca gedən ölkələr ayrı-ayrılıqda Rusiyaya müraciət etsin və özü üçün imtiyazlar xahiş etsin. Rusiya miqrant qanunundan bu ölkələrə təzyiq üçün istifadə edir ki, onlar Moskvaya daha çox ona tabe olsunlar”.

Miqrantlarla bağlı yeni qadağalara baxmayaraq, o, Rusiyaya erməni miqrantlarının axınının azalmayacağını düşünür:“Hesab etmirəm ki, yeni qanun miqrant axınına təsir edəcək. Çünki, məhdudiyyətləri nəzərdə tutan bütün qanunlar həmişə ona gətirir ki, insanlar bu qadağaların öhdəsindən necə gəlməyi fikirləşsinlər. Rusiyadakı korrupsiyanı nəzərə alsaq, edmək olar ki, miqrantlar üçün çıxış yolu tapılacaq. Məsələn, üç aydan daha çox qalmaq üçün həkimdən arayış ala bilər ki, guya xəstədir, müalicə alır. Bu cür sənədlərin təqdim edilməsindən sonra miqrantın Rusiyada qalacağı növbəti üç ayı da üzrlü saymaq olar”.

Qeyd edək ki, bir müddət əvvəl bu məsələyə Ermənistan prezidenti Serj Sarkisyan da toxunmuş və erməni miqrantlar üçün qanunvericiliyin sadələşdirilməsi mövzusunda Rusiya ilə danışıqların aparıldığını bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm