Ukraynaya qarşı “kömür müharibəsi” elan edilir
Bizi izləyin

Dünya

Ukraynaya qarşı “kömür müharibəsi” elan edilir

“Maksimum bu ilin bir dekabr tarixinə qədər Ukraynaya kömür çatacaq. Çünki Donetsk dəmir yolu ilə ölkənin yanacaq-enerji kompleksinə kömürün daşınması iki dəfə azalıb”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun “nəqliyyat naziri”nin səlahiyyətlərinin müvəqqəti icraçısı Semyon Kuzmenko bildirib.

“Ukrayna böyük ehtimalla qışı istiliksiz qarşılamağa mövcuddur”, - o, qeyd edib.

Semyon Kuzmenkonun sözlərinə görə, cari ilin 8 ayı ərzində Donetsk dəmir yolu ilə Ukraynanın yanacaq-energetika kompleksinin müəssisələrinə 16,1 milyon ton göndərilib. Halbuki bu, ötən ilin analoji dövrü üçün 33,3 milyon ton olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm