Dünya
Məclisdə tatarlar 11 saatdır ac-susuzdur – Video/Yeniləndi
Sosial şəbəkələrdə Krım Tatar Milli Məclisinin binasına silahlı basqınla bağlı video-görüntü paylaşılıb.
Axar.az-ın 15minut.org saytına istinadən verdiyi xəbərə görə, insindent sentyabrın 15-də gecə saatlarında baş verib.
Qeyd edilib ki, üç nəfər silahlı şəxsin əsas hədəfi parlament binasının dam örtüyündən Ukrayna milli bayrağını endirmək olub. Maskalı təxribatçılardan ikisi hadisələri binanın yan pəncərəsinin önündə nəzarətdə saxlayıb, üçüncü şəxs isə qaz xətti vasitəsi ilə dam örtüyünə qalxaraq bayrağı yerə atıb. Maraqlıdır ki, onların bu cür hərəkətlərinə qarşı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən hər hansı müqavimət göstərilməyib.
Xatırladaq ki, hazırda KTMM ən ağır günlərini yaşayır. Krım tatarlarının əksər liderləri kimi, Məclis sədri Refat Çubaraovun da yarımadaya girişinə Moskva 5 illik qadağa qoyub.
**********
Simferopolda Krım Tatar Məclisinin binasında 11 saata yaxın axtarış aparılır, binada qalan insanlar su və yemək verilmir.
Axar.az xəbər verir ki, bu barədə Krım Tatar xalqının Mərkəzi Seçki Komissiyasının sədri Zair Smedlyayev məlumat verib. Hazırda binada Krım Fondu xeyriyyə təşkilatının sədri Rza Şevkiyev də var. Bundan başqa, Məclisin iki qadın əməkdaşı da saxlanılıb. Lakin onlar telefonlarını vermək şərtilə sərbəst buraxılıblar.
Binanı tərk edən qadınlar bildiriblər ki, orada hələ də xeyli sayda insan var. Zair Smedlyayev bildirib ki, Məclisin binasında qalanlara ərzaq vermək istəsələr də, orada axtarış aparanlar bunun qadağan olunduğunu deyiblər. Onun sözlərinə görə, Rza Şevkiyevin vəkilinin binaya daxil olmasına icazə verilməyib.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular