Ev dustağı olan prezident qızının yeni FOTOLARI
Bizi izləyin

Dünya

Ev dustağı olan prezident qızının yeni FOTOLARI

Özbəkistan prezidentinin asi olduğu üçün ev həbsində saxladığı qızı Gülnarənin evdəki ilk fotoları yayılıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, İngiltərənin ictimaiyyətlə əlaqələr şirkətlərindən birinin yayımladığı fotolarda 42 yaşlı Gülnarə Kərimova mühafizəçilərlə mübahisə edir. Yeddi aydır ki, haqqındakı korrupsiya ittihamına görə o, ev dustağı edilib.

İngiltərə şirkəti Kərimova və qızının paytaxt Daşkənddəki evdə sırf siyasi səbəblərə görə saxlanıldığını iddia edərək beynəlxalq təşkilatlardan kömək istəyib.

Kərimova bundan əvvəl BBC-yə məktub yazaraq “qızım və mənimlə itlərdən də pis rəftar edirlər” deyib.

Özbəkistan liderinin qızı Gülnarə Kərimova həmçinin bir mobil operator şirkətinə lisenziya vermək üçün 300 milyon dollardan çox rüşvət almaqda ittiham olunur. Həmin iddialar İsveç prokurorluğu tərəfindən araşdırılır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm