Azyaşlı uşaqların gözü qarşısında eltisini amansızlıqla öldürdü - Təfərrüat
Bizi izləyin

Dünya

Azyaşlı uşaqların gözü qarşısında eltisini amansızlıqla öldürdü - Təfərrüat

Türkiyədə tükürpədici qanlı olay baş verib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Bağlar adlanan massivində 3 ay öncə dəhşətli bir cinayətin üstü açılıb. Belə ki, sözügedən yerdə 22 yaşlı Songül Sönməzin eltisi Səadət Aktoptak (27) tərəfindən öldürüldüyü bəlli olub.

İttihama görə, S.Aktoptak siçan dərmanı qarışdırdığı meyvə suyunu üç uşaq anasına içirib. Bundan sonra huşunu itirən S.Sönməzi boğmağa, daha sonra mətbəxdən götürdüyü oxlovla onun başına vurmağa başlayıb. Xanım elə hadisə yerindəcə keçinib. Cinayətkar Səadət Aktoptak Songül Sönməzin əlindəki qolbaq və üzüyü və digər əşyalarını götürərək evdən qaçıb.

Evdə dünyasın dəyişən anaları ilə tək qalan 2, 4 yaşlarında və 6 aylıq uşaqları ağalamağa başlayıblar. Hadisə baş verdikdən 13 gün sonra təslim olan Aktoprak ifadəsində "Dayımdan borc pul almışdım. Pulu ödəməyincə eltimin qızıllarını oğurlamağa qərar verdim" deyib.

Polislərin apardığı araşdırmada Songül Sönməzin hadisədən sonra Səadət Aktoptağın cənazə mərasiminə də qatılıb.

Məhkəminin qərarı ilə cinayət törədən xanıma 12 il həbs cəzası verilib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm