• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kremlin “işgəncə aləti” Avropanı qorxuda biləcəkmi?

  • Dünya
  • 17 Sentyabr 2014 14:50
  • 515 Baxış
Kremlin “işgəncə aləti” Avropanı qorxuda biləcəkmi?

Sentyabr ayının 5-də Ukrayna hakimiyyəti ilə separatçılar arasında Minsk protokolu imzalanmasından sonra Rusiya hərbi texnikası və canlı qüvvəsi geri çəkilməyə başladı. Amma Rusiyanın bu hərəkəti Qərbdə birmənalı qiymətləndirilmir.

Publika.az-ın verdiyi xəbərə görə, alman mediası Qərbi ayıqlığını itirməməyə və illüziyalara qapılmamağa çağırır.

“Rusiyanın Ukrayna ilə sərhəddən bir neçə tank uzaqlaşdırmasına aldanmaq olmaz. Son aylarda Vladimir Putin etibarını zədələyən hər şey etdi. İndi Qərb ölkələri yalnız Putinin hərəkətlərinə etibar edə bilər”, - “Frankfurter Allgemeine Zeitung” nəşri yazır.

Nüfuzlu “Die Zeit” qəzeti də eyni fikirəri bölüşür: “Güzəştlərin axtarışı ilə bağlı Putinlə danışıqlar aparmaq yalnız illüziyalara qapılmaqdır. Rusiya Berlin divarının sökülməsindən 25 il sonra Avropada sərhədləri dəyişdirmək məqsədi ilə hərbi gücü tətbiq etdi. Şərqi Ukraynada atəşkəs rejimi əldə olunsa da, Rusiya hərəkətlərinin əvəzini ödəməlidir”.

“Süddeutsche Zeitung” qəzetinin fikrincə, Avropa Birliyi Rusiya tərəfindən yenidən aldadılmasını istəmirsə, tələsik gücünü toplamalıdır. Alman nəşri Rusiya ilə siyasi münaqişə yalnız indi başladığını deyib. “Başa düşmək lazımdır ki, biz Rusiya ilə münasibətlərin iflasını müşahidə edirik. Bu münasibətlərin bərpası üçün isə uzun illər lazım olacaq”.

Lakin analitiklər vurğulayırlar ki, Moskvanın cavabı sərt ola bilər. Qeyd olunur ki, Rusiya bu cavabın Avropanın bütün sakinlərinin üzərində hiss etməsi üçün vasitə və imkanlara malikdir. “Rusiya bütün avropalıların həyatını çətinləşdirməyə qadirdir”, - “Frankfurter Rundshau” yazır. Nəşr qeyd edir ki, bu hər şeydən əvvəl Kremlin “işgəncə aləti” olan qazın çatdırılmasına aiddir.

Almaniya mətbuatı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Rusiyada fəaliyyət göstərən alman şirkətlərinə hiss olunacaq zərbəni vurduğunu bildirib. Ekspertlərin sözlərinə görə, böyük şirkətlərdən kiçik və orta biznes müəssisələrindən fərqli olaraq, fəaliyyətini qəfildən diversifikasiya etmək iqtidarında deyil. Almaniya Sənaye Ticarət Palatasının Rusiya bölməsinin rəhbəri Tobias Baumann qeyd edir ki, sanksiyalar məhsullarını Şərqi Avropa ölkələrinə ixrac edən yüksək ixtisaslı şirkətləri xarabalıqlara çevirə bilər.

“Markit” şirkətinin iqtisadçısı Oliver Kolodsaykenin sözlərinə görə, hazırda Almaniyanın sənaye dairələrində siqnal lampası yanır. “Bütün şirkətlər zərbə altındadır – həmin şirkətlər uzunmüddətli perspektivdə prioritetdə Rusiya bazarına çıxmaq istəyirlər”, - ekspert qeyd edib.

Mətbuatın yazdığına görə, Almaniyanın işgüzar dairələrində Rusiyaya qarşı məhdudiyyətlərin tətbiqi böyük səhv hesab edilir. “Biz Ukraynanın şərqindəki böhranın inkişafı həyəcanla müşahidə edirik. Sanksiyalar iqtisadiyyatımıza, hər şeydən əvvəl sənayemizə mənfi təsir edir”, - Vamburq Sənaye Qrupunun rəbbəri Mixail Vestxaqeman vurğulayıb.

Moskvanın ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən ərzaq idxalını qadağan etməsi isə Rusiya üçün ağır nəticələr verməyə başlayıb. “Rusiya mağazalarında yüksək keyfiyyətli məhsullara rast gəlinmir. Moskvada işləyən alman biznesmenlərinən sözlərinə görə, onlar Rusiyaya gedəndə özləri il pendir götürürlər”, - alman mətbuatı yazır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR