• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Seçkilər başladı: Dünya siyasətində 3-cü Buş, yoxsa…

  • Dünya
  • 18 Sentyabr 2014 10:38
  • 1 514 Baxış
Seçkilər başladı:  Dünya siyasətində 3-cü Buş, yoxsa…

Hələ də dünya siyasətində ən təsirli ölkə olan ABŞ-da artıq növbəti prezident seçkilərinin ayaq səsləri eşidilməyə başlayıb. 2016-cı il noyabr ayında keçiriləcək 58-ci prezident seçkiləri üçün partiyalar və namizədlər arasındakı yarış artıq start verib.

Belə ki, 2008-ci il prezident seçkilərində prezident seçkiləri kampaniyasında iştirak edən və hazırkı prezident dövlət başçısı Barak Obamaya partiya daxili seçkilərdə məğlub olan Hillari Klinton 2016-cı il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Obama administrasiyasında bir dönəm dövlət katibi olan Klinton bu barədə sentyabrın 14-də Ayova ştatında Demokratlar Partiyasının qurultayında danışıb. Görünür, Klinton 2008-ci il seçkilərlə müqayisə də qələbəsinə əmindir. Mümkün namizədlərin hazırkı reytinqi də bunu keçmiş dövlət katibinin qələbə gözləntilərinə əsas verir.

Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Siyasət Akademiyasının saytında sözügedən seçkilərlə bağlı gözləntilər, prezidentliyə iddialı şəxlər və digər məqamların yer aldığı yazı dərc olunub. Həmin yazını təqdim edirik.

Demokratlar və Respublikaçılar: Kim daha şanslıdır?

Hazırkı prezident iki dəfə seçildiyi üçün 2016-cı ildə namizəd ola bilməyəcək. Corc Buşun iki prezidentliyi dövründə sərgilənən təcavüzkar xarici siyasətə görə dünyada və ölkə daxilində sərt bir tonda tənqid olunan, ABŞ-ın yeni demoqrafik (artan ispan və Afrika mənşəli əhali) quruluşu səbəbi ilə problemlər yaşayan respublikaçılar növbəti seçkilərdə olduqca iddialıdır.

Respublikaçıların ən əhəmiyyətli kartı heç şübhəsiz ki, demokratların Obama ilə dünyadakı bir çox problemə hələ də həll yolu tapa bilməməsidir. İraq və Əfqanıstandan Amerika qoşunlarının çıxarılması barədə verilən qərarlar Obama başqa olmaqla demokratların sülhsevər imicini yaratdı. Amma İraqın bugünkü vəziyyəti, Əfqanıstanda Talibanın hələ də sağlam bir şəkildə ayaqda qalması Barak Obama administrasiyanın reytinqinə mənfi təsir etdi. Yaxın Şərqdəki problemlərdən baş çıxara bilməyən demokratlar Ukraynada məsələsində də özünü yaxşı cəhətdən göstərə bilmədi. Krımın Ukraynadan qopardılması, Şərqi Ukraynanın taleyinin hələ də qaranlıq olması Obamanın Putin qarşısında zəif olduğu təsərrüatı formalaşdırdı.

Dövlət katibi Con Kerrinin böyük səylərinə baxmayaraq, dünyada demək olar ki, daşlaşan siyasi problemləri bir anda həll etmək çox çətindir. ABŞ-ı Yaxın Şərq bataqlığından uzaqlaşdıraraq, Asiya-Sakit okeanı regionunda təsirli gücə çevirmək istəyən Obamanın partiyası üçün seçkilərdə ən böyük problem isə “Ərəb Baharı”nın gözlənilən nəticə verməməsidir. Liviyada ABŞ səfirinin öldürülməsi və Suriyada davam edən vətəndaş müharibəsi buna misal ola bilər. Buna görə də respublikaçıların təməl hədəfi İsrail hökuməti və ABŞ-la yaxın əlaqələri olan ərəb monarxiyalarının dəstəyi ilə demokratların küncə sıxışdırılması olacaq.

Respublikaçıların ABŞ ictimaiyyətinin dəstəyini təmin etmək üçün "Obamacare" kimi tanınan tibbi sığorta qanunu üzərindən demokratlara hücum etməsi ehtimalı da yüksəkdir. Çünki, əslində son dərəcə məqbul və müvəffəqiyyətli bir layihə olan “Obamacare” son aylar ictimaiyyətin dəstəyini itirib. Respublikaçılar həmçinin partiyanın haqsız bir şəkildə ağ amerikalılarla qaynaşan imicini dəyişdirmək üçün də ağıllı bir siyasət aparır. Son dövrdə Hollivudda Respublikaçılar Partiyasının əhəmiyyətli lideri və vətəndaş müharibəsi dövründə köləliyi ləğv edən Avraam Linkolnla bağlı filmlər artmağa başlayıb. Bu filmlər seçkilər öncəsi respublikaçıların imicinə fayda gətirə bilər.

Bütün bunlarla yanaşı 2016-cı il prezident seçkilərində də Demokrat Partiyası iddialı görünür. Obama iqtidarında yeni müharibələrə icazə verilməməsi üçün var gücü ilə çalışdı. Amma İraq və Suriyada ortaya çıxan İŞİD təhlükəsi Obama sülh missiyasını prezidentliyin sonuna kimi yerinə yetirməyə imkan verməyəcək. Amma yalnız hava əməliyyatlarına icazə verməsi demokratların sülhsevər imicini qoruya bilər. İlk illərdə iqtisadi böhranla üzləşən Obama rəhbərliyinin son vaxtlar iqtisadi sahədə müvəffəqiyyətli bir tablo ortaya qoymağa başladığı görünür. 2009-cu ildə 2,8 faiz geriləyən ABŞ iqtisadiyyatı, sonrakı illərdə 2,5 (2010), 1,8 (2011) və 2,8 (2012) faiz inkişaf edib. İnkişaf 2014, 2015 və 2016-cı illərdə də davam edərsə, demokratların əli güclənəcək.

Klinton demokratların vuran əli?

Demokratların qələbə qazanma ehtimalını yüksəldən digər bir məqam isə seçkilərdə iştirakm edəcəyini açıqlayan Hillari Klintonla bağlı “Amerika tarixinin ilk qadın prezidenti” təbliğatının aparılmasıdır. Təbii ki, respublikaçıların namizədinin Kondaliza Rays olması və hər iki partiyadan da qadın namizədinin yarışacağı halda bu təbliğatın təsiri azalacaq. Demokratların mövqeyini zəiflədən bir mövzu isə son illər radikal islamçı hərəkatların, məsələn İŞİD-in Yaxın Şərdə güclənməsidir.

Demokratların əlini gücləndirən məsələlər hələlik yalnız Tunisdə demokratik keçidin müvəffəqiyyətlə tamamlanması və İranla əldə olunan müvəqqəti nüvə razılaşmasıdır. Ancaq Tunisdə də demokratiyanın çökməsi və İranla razılaşmasının davam etməməsi halında Obamanın xarici siyasəti sıfırlanacaq.

Prezidentliyə namizədlər

Hillari Klintonun demokratların daha sağ qanadında iştirak etməsi seçkilərdə ona üstünlüyu təmin edəcək ən əhəmiyyətli ünsürlərdən biridir. Ancaq Klintonun bəzi çətinlikləri də var. Liviyadakı ABŞ səfirinin öldürülməsində günahkar olaraq Klinton göstərilir. Klintonun müəyyən bir yaşa gəlməsi və ciddi sağlamlıq problemlərinin olması istər demokrat seçicilər, istərsə də ölkə miqyasındakı seçicilər üçün çətinlik yaradacaq məsələdir. Bir başqa əhəmiyyətli demokrat namizəd isə ABŞ-ın vitse-prezidenti Joe Bidendir. Biden Obamanın arxasındakı gizli güc olaraq Amerika ictimaiyyətdə olduqca yaxşı tanınır. O, əvvəlki seçkidə Obamanın seçilməsinin memarlarından biri olaraq göstərilir. Ancaq onun yaxşı bir prezident olaraq işləyə biləcəyi müzakirə mövzusudur. Hazırkı vəziyyət üçün ən məqbul görünən demokratların namizədinin Hilları Klinton olmasıdır.

Respublikaçılarda isə vəziyyət daha qarışıqdır. Son seçkilərdə namizəd olan və heç də pis performans göstərməyən Mitt Romninin namizədliyi seçkilər yaxınlaşdıqca yenidən gündəmə gələ bilər. Respublikaçıları bir başqa əhəmiyyətli namizədi Florida ştatından olan senatoru Marko Antonio Rubiodur. Rubionun latın olması, Florida kimi əhalisi çox olan bir statin senatoru olması əhəmiyyətli məqamlardır. Adı mətbuatda çox çəkilməsə də, respublikaçıların bir başqa əhəmiyyətli namizədi Corc Buş dövrünün milli təhlükəsizlik məsləhətçisi və dövlət katibi Kondaliza Raysdır. Xüsusilə, Hillari Klintonun demokratların namizədi olacağı halda respublikaçılar da “ilk qadın prezident” təbliğatına imkan verməməsi üçün Raysı önə çıxara bilər. Respublikaçıların önə çıxacaq bir başqa namizədi isə Florida ştatının keçmiş qubernatoru Jeb Buşdur. Qubernatorluq təcrübəsi, böyük qardaşı və atasına görə Ağ Evə yaxın olması və Ağ Evdə təcrübə əldə etməsi, həyat yoldaşı meksikalı olduğu üçün Latın Amerikandan olan seçicilərə yaxınlığı Jeb Buş üçün müsbət sayıla biləcək məqamlardır. Ancaq Buş üçün ən əhəmiyyətli mənfi məqam Buş ailəsinin Amerika seçicisi və dünya əhalisi üçün buraxdığı mənfi xatirələrdir. Atası və böyük qardaşından sonra prezident olmaq istəyən Jeb Buş da favorit namizədlərdən biridir. Adı şəkilən bu şəxslərdən başqa respublikaçıların Rand Paul, Rik Perri və Arnold Şvartsenegger kimi adları da önə çıxa bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR