İŞİD-dən ABŞ-a Hollivudsayağı cavab - Video
Bizi izləyin

Dünya

İŞİD-dən ABŞ-a Hollivudsayağı cavab - Video

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı yayımladığı “Müharibənin alovları” adlı videoda Ağ Evi və ABŞ ordusunu təhdid edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu videonun yayılmasına səbəb ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyaya terror qruplaşmasının cavabıdır.

ABŞ Prezidenti Barak Obamanın çıxışı əsnasında Ağ Evin yanından keçən maşından edilən yüksək keyfiyyətli çəkilişin sonunda isə "yaxın vaxtlarda" yazısı görünür.

İŞİD-in ingilis dilində təbliğat vasitəsi olan Əl Həyat media mərkəzi tərəfindən yayımlanan videoda ABŞ-ın keçmiş prezidenti Corc Buşun və müdafiə naziri Donald Ramsfeldin İraq səfərindən görüntülər də yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm