• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

KXDR amerikalını 6 il həbsə məhkum etdi – FOTOLAR

  • Dünya
  • 17 Sentyabr 2014 18:20
  • 430 Baxış
KXDR amerikalını 6 il həbsə məhkum etdi – FOTOLAR

Şimali Koreyada bir məhkəmə ABŞ vətəndaşı Metyu Milleri “düşmənçilik” ittihamı ilə altı il ağır cəzaya məhkum edib.

Publika.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəsmi dövlət agentliyi olan KCNA aprel ayında ölkəyə turist kimi gələn Metyu Milleri qısa müddətə saxladığını bildirib.

Ağ Ev rəsmi Pxenyanı Metyu Miller və daha üç ABŞ vətəndaşını həbsdə saxlamağını “diplomatik şans” kimi istifadə etməkdə ittiham edir.

Şimali Koreya dövlət rəsmiləri Millerin tam olaraq nə ilə ittiham olunduğunu açıqlamır. Amma əvəzində bildirilir ki, o, pasportunda Şimali Koreya vizasını cırıb və bildirib ki, sığınacaq almaq istəyir.

Miller ifadələrində Şimali Koreya həbsxanalarına məhbus olaraq girib oradakı şəraiti görmək kimi bir marağının olduğunu deyib. “Associated Press” xəbər agentliyi Millerin Şimali Koreyadakı insan hüquqlarının vəziyyətini yerindəcə müşahidə etmək üçün bu cür addım atdığını qeyd edib.

Məhkəmə vaxtı Metyunun “Wikileaks”lə əlaqəsi olduğunu etiraf etməsi bildirilib.

Cinayəti bilərəkdən elədim

Cənubi Koreyadakı “BBC”nin müxbiri Steve Evans onun məhkəmədə dediyi sözlərini təzyiq altında deyib-demədiyini müəyyənləşdirməyin mümkün olmadığını deyib.

90 dəqiqəlik məhkəmə prosesindən sonra hakim Milleri altı il həbsə məhkum edib.

Ağ Ev Miller də daxil olmaqla, Şimali Koreyada həbsdə olan üç ABŞ vətəndaşının təhlükəsizliyini təmin etməyin daha vacib olduğunu bildirib.

Xatırladaq ki, ABŞ bundan əvvəl də Şimali Koreyada həbs olunan ABŞ vətəndaşlarının azad edilməsi üçün müzakirələr aparıb və bunların bəzisi uğurla nəticələnib.

ABŞ-ın keçmiş prezidentlərindən olan Bill Klinton Şimali Koreyaya sənədli film çəkmək üçün gedən zaman həbs olunan iki amerikalı jurnalistin azad edilməsi üçün tarixdə nadir görülmüş nümunə göstərib: o, iki jurnalistin azad edilməsini təmin edib.

Rəsmi Vaşinqton ABŞ vətəndaşlarının vəziyyətini müzakirə etmək üçün Şimali Koreyanın xüsusi təmsilçisi Robert Kinqi Pxenyana göndərməyi təklif etsə də, Şimali Koreya bu təklifi rədd edib.

Xatırladaq ki, 24 yaşlı Metyu Miller aprelin 10-dan bugünədək Şimali Koreyada həbsdə saxlanılır.

Metyu Millerin Şimali Koreyaya gəldikdən sonra dövlət rəsmilərinə “Şimali Koreyanı sığına biləcəyim bir ölkə olaraq gördüyüm üçün bura gəldim. Sığınacaq almaq istəyirəm” dediyi iddia edilib.

Keçən ay Şimali Koreya rəsmilərinin nəzarətində CNN kanalına müsahibə verən Miller “bura gəlməmişdən qabaq özümü Şimali Koreya qanunlarını pozmağa hazırlamışdım” deyib.

Cinayəti bilərəkdən işlədiyini desə də, Miller bunun səbəbləri barədə ətraflı məlumat verməyib.

“Associated Press” xəbər agentliyinə açıqlama verən üç amerikalı məhbus isə Vaşinqtondan yüksək rütbəli rəsminin Şimali Koreyaya göndərilməsini tələb edib.

Piyadalar

ABŞ Dövlət Katibliyinin təmsilçisi Daniel Russel isə keçən həftə “Röyter” xəbər agentliyinə açıqlama verərkən “Şimali Koreyanın ABŞ vətəndaşları ilə piyada kimi davranması narahatlıq doğurur” deyib.

Digər üç amerikalıdan biri olan Jeffri may ayında Şimali Koreyaya turist kimi gedib. Amma ictimai nəqliyyatda İncil kitabını unutduğundan, polis tərəfindən yaxalanıb. Şimali Koreya xristian dinini yaymağı cinayət kimi qəbul edir.

2012-ci ilin noyabrından həbsdə olan digər amerikalı Kennez Baeusı “Şimali Koreya hökumətini devirməyə təşəbbüs” ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib. O, həftədə 6 gün, gündə 8 saat işlədiyini bildirib. Kennez Bae CNN telekanalına eksklüziv müsahibəsində saxlanma şəraitindən danışıb. Onun sözlərinə görə, ağır işləməsinə rəğmən, onunla humanist davranırlar.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR