Dünya
İŞİD-in atdığı top mərmisi Türkiyə sərhədinə düşdü
“İraq Şam İslam Dövləti” adlı terror təşkilatı Türkiyə sərhədini top atəşinə tutub.
Axar.az xəbər verir ki, İŞİD Suriyada kürdlərin tabeliyində olan Rojava bölgəsinin Qamışlı şəhərinə hava hücumu təşkil edib. Qorxuya düşən şəhər əhalisinin bir qismi Türkiyə ilə sərhədə gələrək Mardinin Nusaybin bölgəsinə keçməyə cəhd edib.
Havadan atılan 3 top mərmisi Mardinin sərhədə yaxın hissəsinə düşüb. Hadisə zamanı ölən və yaralananlar olmasa da, bu olay ağır dərəcəli təxribat kimi qiymətləndirilib.
Qeyd edək ki, Rojava bölgəsi Suriyada kürdlərin məskunlaşdığı ən böyük ərazilərdən hesab olunur və etnik tarixə malik olan bu bölgənin bir qismi Türkiyə ərazilərinə düşür.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO