• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD Papanın Türkiyə səfərinə hazırlaşır – Sui-qəsdə

  • Dünya
  • 17 Sentyabr 2014 21:34
  • 658 Baxış
İŞİD Papanın Türkiyə səfərinə hazırlaşır – Sui-qəsdə

Habəəb Əl Sədr adlı iraqlı diplomat İŞİD-in xristian dünyasının dini lideri Papa Fransisə sui-qəsd təşkil edəcəyini bildirib.

Axar.az xəbər verir ki, diplomatın verdiyi məlumata görə, 77 yaşlı Papa ciddi təhlükə qarşısındadır. Onun sözlərinə görə, Papa ABŞ-ın İraq və Suriyaya hərbi müdaxiləsini dəstəkləyir. Buna görə də İŞİD noyabrda Papanın Albaniya və Türkiyə səfəri zamanı ona sui-qəsd təşkil edəcək. Bu təhlükənin yalnız Türkiyə və Albaniyada deyil, Romada da ola biləcəyini deyən diplomat terror təşkilatında yalnız ərəblərin yox, kanadalı, amerikalı, fransız, ingilis və italyan terrorçuların da olduğunu xatırladıb.

Vatikan isə Əl Sədrin iddialarını təsdiqləyəcək bir məlumatın olmadığını, buna görə də Papanın noyabrda baş tutacaq səfərinin təxirə salınmayacağını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR