Kameron: “Mənim adım bülletenlərdə yoxdur”
Bizi izləyin

Dünya

Kameron: “Mənim adım bülletenlərdə yoxdur”

“Şotlandiya Böyük Britaniyadan ayrılmağa qərar versə də, baş nazir Devid Kameron istefa vermək niyyətində deyil”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya baş naziri Devid Kameronun özü bildirib.

"Mənim adım bülletenlərdə yoxdur. Bülletenlərdə beləı bir sual var ki, Şotlandiya Birləşmiş Krallıq tərkibində qalmaq istəyirmi və ya yox? Bu tək sualdır ki, cavabı cümə axşamı tapılacaq. Mənim gələcəyim haqqında sual Britaniyada keçiriləcək parlament seçkilərində həll ediləcək”, - Kameron deyib.

Bir çox ekspertlər qeyd edirlər ki, Şotlandiyanın müstəqil olması Kemeronun siyasi karyerasını bitirəcək.

Britaniyada parlament seçkilər 2015-ci ildə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm