“Aydar” həkimi: “Hərbçilərimizi üzərinə benzin tökərək yandırırdılar”
Bizi izləyin

Dünya

“Aydar” həkimi: “Hərbçilərimizi üzərinə benzin tökərək yandırırdılar”

Ukraynanın şərqindəki rusmeylli separatçıların əlindən yaxa qurtara bilən hərbçilər, həmçinin döyüş zonasında işləyən həkimlər çoxsaylı işgəncə faktlarından danışıb.

Publika.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, həkimlərdən biri separatçıların nəzarətində olan ərazilərdə vəhşiliklərin adi hal olduğunu bildirib.

"Aydar" könüllü batalyonunun Emma adlı həkimi hər dəfə hərbçilərin həlak olmasından onların cəsədlərini tapmaq üçün Luqansk meyitxanalarına yola düşür. O, batalyon döyüşçülərinin bədənlərində olan işgəncələrin izlərini fotolentə ala bilib.

Batalyon həkimi qeyd edib ki, ukraynalı hərbçilərin üzərinə benzin tökür və yandırırdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm