ABŞ Senatında Ukraynanın azadlığı haqqında Akta baxılacaq
Bizi izləyin

Dünya

ABŞ Senatında Ukraynanın azadlığı haqqında Akta baxılacaq

ABŞ senatorları Robert Menendez (Demokratlar Partiyası) və Bob Korker (Respublikaçılar Partiyası) Senata Ukraynanın azadlığı haqqında Aktı təqdim edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sənəd Rusiyaya qarşı yeni sanksiyaları, eləcə də Ukraynaya hərbi və mülki yardımı təklif edir.

“Biziim başqa seçimimiz yoxdur. Ukraynanın hərbi dəstək göstərməklə yanaşı Rusiya barəsində yeni və sərt sanksiyaları qəbul etməliyik”, - Menendez bildirib.

Sənəd həmçinin kosmik sferada Rusiyadan asılılığın tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Ukraynanın azadlığı haqqında Akt qəbul olunarsa ABŞ Ukraynaya müdafiə silahları, xüsusi halda, tank əlehinə silahlar, düşmən artilleriyasının aşkar edilməsi sistemləri, pilotsuz təyyarələr və radar sistemləri verə bilər.

Senat sənədə sabah baxacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm