• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lavrov: “Heç kim bu səhvi təkrarlamaq hüququna sahib deyil”

  • Dünya
  • 18 Sentyabr 2014 00:16
  • 473 Baxış
Lavrov: “Heç kim bu səhvi təkrarlamaq hüququna sahib deyil”

“Avropa Birliyi anlamalıdır ki, Afrika qitəsindəki münaqişələrin nizama salmasında həlledici rol Afrika İttifaqına məxsus olmalıdır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Efiopiya Federativ Respublikasında səfərdə olan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov deyib.

Rusiya xarici işlər naziri bir neçə il əvvəl Liviyada vəziyyətin nizama salması ilə bağlı Afrika İttifaqının təşəbbüsünün dünya cəmiyyəti tərəfindən dəstəklənilmədiyini, nəticədə Liviyada vətəndaş müharibəsinin başlandığını qeyd edib.

O, bildirib ki, Rusiya təşkilatın təşəbbüsünü dəstəkləməyəhazır idi.

"Biz əminik ki, heç kim bu səhvi təkrarlamaq hüququna sahib deyil. Bundan sonra hamı Afrika İttifaqı vəafrikalıların fikirlərinə hörmətlə yanaşmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyinin başçısı bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR