"Nyu-York Tayms": “İŞİD-çilər üçün hər şey pulsuzdur”
Bizi izləyin

Dünya

"Nyu-York Tayms": “İŞİD-çilər üçün hər şey pulsuzdur”

“Nyu York Tayms” qəzeti Ankaranın Hacıbayram məhəlləsindən 10 dostu ilə birlikdə İŞİD-ə qoşulan Can adlı bir şəxs haqqında yazıb.

Axar.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, Ceylan Yeğinsu imzalı jurnalistin yazdığı yazıda Canın Raqqada təhsil aldığı, bir edamı yerinə yetirəndən, bir adamı diri-diri basdırandan sonra təşkilata tam olaraq qəbul edildiyi bildirilib.

Xəbərdə Türkiyədən İŞİD-ə qatılanların sayının min nəfər olduğu yazılıb. Ömrü boyu narkotik istifadəçisi olan Can daha sonra peşman olaraq iki dostu ilə birlikdə geri qayıdıb. Hacıbayramdan İŞİD-ə qatılmaq istəyən başqa adamların da olduğu qeyd edilən yazıda məhəllə idarəçisi Arif Ağbaş danışıb:

“Hər şey uzun saqqallı bir kişinin məhəllədə peyda olması ilə başladı. Narkomanlar ondan sonra məscidə getməyə başladı”.

Döyüşən üçün hər şey pulsuzdu

Keçmiş İŞİD-çi Can belə deyib: “Vuruşduğumuz günlər 150 dollar alırıq. İŞİD-çilər üçün hər şey pulsuzdu. Dükan sahibləri də bizdən qorxduğu üçün pul almır”.

Hacıbayramdan İŞİD-ə qoşulan ilk adamlardan biri olan Oğuzxan G. Artıq Raqqada komandir vəzifəsinə yüksəlib. İŞİD-də Məhəmməd Salif adından istifadə edən Oğuzxanın tez-tez Ankaraya gedib yeni üzvlərlə qayıtdığı iddia olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm