Oliqarxların Krımda biznes şəbəkəsi - FOTO
Bizi izləyin

Dünya

Oliqarxların Krımda biznes şəbəkəsi - FOTO

“Komsomolskaya Pravda” qəzeti Krımın Rusiyaya birləşdirilməsindən sonra bu bölgədə biznes şəbəkəsi olan ukraynalı məmurlar barədə məqalə dərc edib.

Axar.az xəbər verir ki, məqalədə eks-prezidentdən tutmuş bir çox ukraynalı məmurlara qədər, Krımda biznes şəbəkəsi olan çoxsaylı oliqarxlardan danışılır.

Krımda mülklərini itirənlərin başında ukraynalı oliqarx İqor Kolomoyski gəlir. Oliqarxın Krımda yanacaqdoldurma məntəqələri, otelləri və bir neçə binası da daxil olmaqla, 111-ə yaxın obyekti var. Krım Rusiyaya birləşdirildikdən sonra bu obyektlərin bütün gəlirləri Donbas separatçılarının ixtiyarına verilib.

Eks-prezident Viktor Yanukoviçin Krımda hektarlarla torpağı var. O, burada 4 bağ evinə, Sevastopolda isə 11 çimərliyə (sahil boyu 649 metr uzunluğunda) sahibdir. Bundan əlavə, onun Qara dəniz sahillərində Çay evi adlanan iqamətgahı da var. Yanukoviç bu mülkləri qanuni olaraq oğluna bağışlayıb.

Ukraynanın məşhur milyarderi Rinat Axmedov da burada geniş biznes şəbəkəsinə sahibdir. O, Qara dəniz sahillərində 3,6 hektar torpağa malikdir. Rinat Axmedov Krımda rəssam Mixail Vrubleyin şərəfinə ucaldılan abidənin yerləşdiyi parkı da öz mülkünə qatıb və insanların bura girişinə qadağa qoyub.

Ukryana Prezident Administrasiyasının keçmiş rəhbəri, oliqarx Viktor Medvedçukun Krımda 1,2 hektar torpaq sahəsi var. Lakin o, bu əraziləri qanun çərçivəsində rəsmiləşdirə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm