Qızları qaçıran İŞİD-çı öldürüldü – Foto
Bizi izləyin

Dünya

Qızları qaçıran İŞİD-çı öldürüldü – Foto

İŞİD-in Mosul üzrə komandiri öldürülüb.

Axar.az xəbər verir ki, İraq Kürdüstan bölgə rəhbərliyinin Təhlükəsizlik Agentliyi “Əbu Abdullah” ləqəbli Yasin Əli Süleyman Şalaşın öldürüldüyünü bəyan edib. Təhlükəsizlik Agentliyinin yazılı açıqlamasında qeyd edilib ki, Mosulun Hasanşam kəndi və ətrafındakı bölgəyə təşkil edilən əməliyyatlar nəticəsində Şalaş məhv edilib.

Şalaş terrorçuların Mosuldakı bütün hərbi taktikasını idarə edirdi. Eyni zamanda, yezidi kürd qızlarının qaçırılmasında bir nömrəli kadr idi. 1974-ci ildə Mosulda doğulan Şalaş 2003-cü ildə Tövhid və Cihad təşkilatına qoşulub. O, Əl-Qaidə liderlərindən Zərkaviyə yaxın adamlardan biri olub. Şalaş 2007-ci ildə Ərbildə Daxili İşlər Nazirliyinə hücumun da təşkilatçılarından biri olub. 2010-cu ildə ABŞ qüvvələri tərəfindən həbs olunub və İraq təhlükəsizlik güclərinə təslim edilib, daha sonra ömürlük həbsə məhkum edilib.

Əbu Qüreyb həbsxanasından 2013-ci ildə bir qrup terrorçu ilə birlikdə Suriyaya qaçıb və İŞİD-ə qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm