İŞİD 8 kənddən qovuldu: ölənlər var
Bizi izləyin

Dünya

İŞİD 8 kənddən qovuldu: ölənlər var

İŞİD Mosulda bir, Diyalətdə isə yeddi kənddən çıxarılıb.

Axar.az xəbər verir ki, ABŞ-ın hava hücumundan sonra İraqın təhlükəsizlik qüvvələri və peşmərgə İŞİD-ə qarşı əməliyyat təşkil ediblər. Əməliyyat zamanı Diyalət şəhərinin Ömər Məndən, Şərmuğ, Birihe, Cafirə, Cisat, Min AİF və Hədid kəndləri İŞİD-dən azad edilib. Təhlükəsizlik qüvvələri 6 İŞİD döyüşçüsünü öldürüb və çoxlu sayda silah-sursat əldə ediblər.

Mosulda təşkil edilən hücum zamanı isə Həsən Şam kəndi İŞİD-dən təmizlənib və çoxlu sayda terrorçu mühasirəyə düşüb. Mühasirəyə düşən İŞİD döyüşçülərinin gün ərzində təslim olacağı açıqlanb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm