SSRİ-nin məşhur manyakının oğlundan şok açıqlama
Bizi izləyin

Dünya

SSRİ-nin məşhur manyakının oğlundan şok açıqlama

Keçmiş SSRİ-nin müxtəlif bölgəsində silsilə qətllər törədən məşhur sovet manyakı Andrey Çikatilonun oğlu Yuri Çikatilo atası barədə sensasiyalı məlumat verib.

Axar.az Ukraina.ru saytına istinadən xəbər verir ki, o, atasının qətlləri hər hansı xəstəlikdən deyil, Ukrayna millətçiliyi səbəbindən törətdiyini dilə gətirib.

Kiyevdəki Maydan hadisələrinə qatılan Yura daha sonra jurnalistlərə atasının millətçilik hisslərindən bəhs edib:

“Atam ötən əsrin 80-ci illərində Ukraynanın müstəqilliyinin vacibliyi barədə dəfələrlə fikirlər səsləndirirdi. Vurğulayırdı ki, öz iqtsadi siyasəti ilə Kreml Ukrayna xalqını talayır. Atam Ukraynanın Sumski vilayətinin kəndlərinin birində anadan olub. İctimai işlərdə fəallıq göstərərdi, köçdüyümüz Rostovda nəşr olunan qəzetlərdə məqalələri işıq üzü görərdi. Dostları ilə masa arxasında da Ukraynanın müstəqilliyindən bəhs edər, ətrafındakıları sovet quruluşunun dəyişdirilməsinə çağırardı. Deyirdi ki, Ukrayna ayrılsaydı, vəziyyətimiz Polşadakı kimi olardı. Pulların Moskvaya gönədrilməsini düzgün saymırdı. 30 il Kommunist Partiyasının üzvü olsa da, bu təşkilata nifrətini heç vaxt gizlətmirdi”.

Xatırladaq ki, “Rostov qəssabı”, “Vətəndaş İks” və “Qırmızı kabus” ləqəbləri ilə tanınan Andrey Çikatilo 1994-cü ilin fevral ayının 14-də ölüm cəzasına məhkum edilib. O, 53 sübut olunan qətldə təqsirli bilinib.

Mütəxəssislər Çikatilonun oğlunun bu ilin fevral ayında Maydanda görünməsini təsadüfi saymayıblar. Çünki bu il onun atasının edamından 20 il keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm