Obama “Twitter”də Şotlandiyadakı referendumdan yazdı
Bizi izləyin

Dünya

Obama “Twitter”də Şotlandiyadakı referendumdan yazdı

ABŞ prezidenti Barak Obama Ağ Evin rəsmi “Twitter” hesabından Şotlandiyada bu gün keçirilən referendum münasibətini bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, prezident Böyük Britaniyanı Amerika üçün xüsusi partnyor olduğunu və bütöv qalacağına ümid etdiyini yazıb.

“Böyük Britaniya Amerika üçün xüsusi partnyordur və dəyişkən dünyada xeyirin gücüdür. Ümid edirəm ki, o, güclü, etibarlı və bütöv qalacaq”, - Barak Obama “Twitter”də yazıb.

TOPSY analitik şirkətinə əsasən, Barak Obama nadir hallarda şəxsi “tvit”ıni yazır. O, son yarım il ərzində yalnız 17 şəxsi mesajını “Twitter”də yerləşdirib.

Qeyd edək ki, Şotlandiyadada bu gün müstəquillik referendum keçirilir. Britaniyanın “Times” və “Sun” nəşrlərinin sifarişi ilə “YouGov” beynəlxalq şirkəti tərəfindən sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, respondentlərin 48 faizi Şotlandiyanın müstəqilliyini istəyir, 52 faizi isə buna qarşı çıxır.

Əgər referendumda Şotlandiya sakinlərinin əksəriyyəti müstəqilliyə səs verərsə, 24 mart 2016-cı ildə region Britaniya Krallığının tərkibindən çıxacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm