NYT-dan Ərdoğana cavab: “Xəbərimizin arxasındayıq”
Bizi izləyin

Dünya

NYT-dan Ərdoğana cavab: “Xəbərimizin arxasındayıq”

“Nyu York Tayms” qəzeti Türkiyə prezidenti R.T.Ərdoğanın sərt reaksiyasına səbəb olan xəbərlə əlaqədar “Xəbərimizin arxasındayıq” deyib.

Publika.az ABŞ-ın ciddi qəzetlərindən olan “Nyu York Tayms”ın İŞİD-lə qara bazarda neft alqı-satqısından yararlanan çoxlu sayda türkün arasında dövlət adamlarının da ola biləcəyini iddia edən xəbəri haqqında məlumat vermişdi. Qəzetin iddiasına Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın cavab verməsinə baxmayaraq, Ərdoğan da təhqirindən geri qalmayıb. Belə ki, Türkiyə prezidenti R.T.Ərdoğan qəzetin iddiasına cavab olaraq “buna ən yumşaq dildə ədəbsizlik, alçaqlıq deyirlər” deyib.

Türkiyə hökumətindən rəsmi cavabından və prezidentin təhqirindən sonra qəzetin də məsələyə dair açıqlaması gecikməyib. Belə ki, “Nyu York Tayms” qəzeti “Xəbərimizin arxasındayıq” deyib.

“Nyu York Tayms” qəzetinin korporativ əlaqələr şöbəsinin müdiri Eileen M.Murph “xəbərlərimizin bütün cümləsi qaynaqlara istinad edildikdən sonra oxuyuculara təqdim edilib” deyib. Xəbərə böyük diqqət ayıraraq hazırladıqlarını deyən Murphy “Xəbərdə lazımi qədər fakt var. Arxasındayıq” deyə qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm