Rusiya Ukrayna-Krım sərhədinə qoşun yeritdi
Bizi izləyin

Dünya

Rusiya Ukrayna-Krım sərhədinə qoşun yeritdi

Rusiya işğal edilmiş Krımın şimalından 4 min hərbçini Ukrayna ilə inzibati sərhədə göndərib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

“Rusiya hərbi bölmələri Krımın şimal hissəsindən materik Ukrayna ilə inzibati sərhədə göndərilib. Onların sayı təxminən dörd mindir”, - Lısenko deyib.

Ukraynalı hərbi ekspert, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk isə şiddətli döyüşlərin getdiyi Donetsk aeroport ətrafında çoxlu sayda rus hərbçilərinin toplandığını bildirib. O, həmçinin Donbasda Rusiya aviasiya qüvvələrinin yerləşdirildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm