• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“EurasiaNet”: “Bu, Rusiyaya dünya səhnəsində qalmaq üçün lazımdır”

  • Dünya
  • 18 Sentyabr 2014 16:29
  • 423 Baxış
“EurasiaNet”: “Bu, Rusiyaya dünya səhnəsində qalmaq üçün lazımdır”

“Ukrayna və digər postsovet respublikalarla bağlı Rusiyanın davranışı Kremlin strategiyasında məntiqin olmadığını göstərir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər ABŞ-ın “EurasiaNet” nəşrinin Rusiyanın Ukrayna siyasəti, ümumilikdə keçmiş SSRİ məkanı ilə bağlı dərc etdiyi yazısında yer alıb.

Nəşr yazır ki, Rusiya siyasətçiləri və strateqləri SSRİ-nin dağıldığı 1991-ci ildən Rusiya üçün milli kimliyin haradan başlanıb harada qurtardığı barədə suala cavab verməyə çalışır. “EurasiaNet” Rusiya prezidenti Vladimir Putinin də Ukrayna böhranı ilə bağlı bütün çıxışlarında görünən dumanlı “rus dünyası” anlayışının xüsusi yer tutduğunu qeyd edir.

“Rusiya həmişə Ukraynadakı etnik rusları müdafiə edəcək”,- iyulun əvvəlində keçirilən diplomatik müşavirədə Putin deyirdi. Prezident əlavə etdi ki, Ukrayna əhalisinin bu hissəsi Rusiya ilə yalnız etnik baxımdan birləşmir, həm də Rusiya ilə mədəni, dil əlaqəsi, bütövlükdə geniş rus dünyası anlayışı çərçivəsində birləşir. Anlamaq lazımdır ki, “rus dünyası” Avrasiya İttifaqının formalaşması üzrə Putinin səylərindən başlanır. Kremlin geosiyasi xəyalına əsasən, Avrasiya İttifaqı Rusiyanın dünya dövləti mövqeyində strategiyanın əsas elementini təşkil edir. Birləşmiş Ştatlar, Çinlə və ya Avropa Birliyi ilə dünya səhnəsində rəqabət aparmaq üçün Rusiyaya regional blok şəklində dəstək lazımdır”, - ABŞ nəşri bildirir.

“EurasiaNet” nəşri hesab edir ki, Putin “rus dünyası” ideyası ilə Rusiyanın sərhədlərini açmağa çalışmaqla təhlükəli oyun oynayır.

“Rusları vətənə qayıtmağa stimullaşdırmaq daha effektiv və daha az təhlükəli strategiya ola bilərdi. Rusiyanın ərazisi onun hədəfləri üçün onsuz da kifayətdir”, - yazıda sonda bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR