• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Putin “Microsoft”-dan imtina etdi - FOTOLAR

  • Dünya
  • 19 Sentyabr 2014 10:18
  • 2 184 Baxış
Putin “Microsoft”-dan imtina etdi - FOTOLAR

Rusiya prezidenti Vladimir Putin müdafiə sənayesi istehsalında, hərbidə və orduda “Microsoft” sistemindən istifadə olunmasının qadağan olunması barədə qərar verib.

Publika.az-ın məlumatına görə, Vladimir Putin bu qərarın icrasını isə Rusiyanın Müdafiə Nazirliyinə həvalə edib.

Səbəb isə təhlükəsizliyin qorunması ilə bağlıdır. Çünki dünyada geniş yayılmış təhlükəli viruslar və xaker hücumları Rusiya hökumətinin bu addımı atmağa məcbur edib.

Rusiyada hesab edilir ki, "Microsoft" şirkətinin yaradıcısı və ABŞ-ın xüsusi xidmət orqanlarına bağlı olan Bill Geyts də vaxtilə peşəkar haker olub. Məhz bu səbəbdən də Rusiyada "Microsoft" şirkətinin yaratdığı məhsullar təhlükəsizlik baxımından etibarlı sayılmır.

Hətta Rusiya xüsusi xidmət orqanları dünyada mövcud olan ən təhlükəli xakerlərin tez-tez İsraildə toplandığını və buradan dünyaya “müharibə” elan etdiyini düşünürlər.

Hazırda dünyada Rusiya ilə yanaşı, Çin, Almaniya, Fransa və bir çox digər dövlətlər də strateji əhəmiyyətli sahələrdə "Microsoft" şirkətinin məhsullarından imtina ediblər. Əvəzində isə bu dövlətlərdə daha təhlükəsiz olan “Linux” idarəetmə sistemlərinin milliləşmiş forması istifadə olunur.

Hətta Çində “Linux”dan başqa sistemdən istifadə etmək rəsmən qadağan edilib...

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR