Deputatlar əlbəyaxa oldu – Video/Son dəqiqə
Bizi izləyin

Dünya

Deputatlar əlbəyaxa oldu – Video/Son dəqiqə

Bir qədər öncə başa çatmış Kiyev şəhər şurasının iclası növbəti dəfə deputatların əlbəyaxa davası ilə yadda qalıb.

Axar.az Russian Today-ə telekanalına istinadən xəbər verir ki, qarşıdurmaya səbəb parlamentarilər arasında Ukrayna himnindəki bəzi sözlərlə bağlı fikir ayrılığı olub.

Belə ki, “Udar-Solidarnost” fraksiyasının üzvü Vadim Onofriyçuk Ukrayna himninə edilən əlavələrlə bağlı “Svoboda” və Oleq Lyaşkonun sədri olduğu Radikal Partiyasından olan həmkarlarına xəbərdarlıq edib. Vurğulayıb ki, həmin bənd qeyri-rəsmidir və bu sözlərin əlavə edilməsi dövlət himninə hörmətsizlikdir. Nəticədə əlbəyaxa dava düşüb.

Kiyev meri Vitali Kliçkonun tərəfləri sakitləşdirmək cəhdi bu dəfə də bir nəticə verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm