“Air France” Moskvaya uçuşları ləğv etdi
Bizi izləyin

Dünya

“Air France” Moskvaya uçuşları ləğv etdi

Fransanın şirkəti Moskvaya nəzərdə tutulan aviareyslərin 70 faizindən çoxunu ləğv edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, pilotların tətilə çıxması üzündən Rusiya paytaxtına planlaşdırılan 16 reysdən reysdən yalnız beşi yerinə yetiriləcək.

Bu gün üçün nəzərdə tutulan yük təyyarələrinin uçuşlarının yalnız 42 faizi yerinə yetiriləcək.

Qeyd edək ki, Pilotların Həmkarlar İttifaqı (SNPL) pilotları sentyabrın 15-dən 22-dək tətilə çıxmağa çağırıb. Bu tətil 1998-ci ildən indiyə kimi “Air France”nin ən uzunsürən tətili ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm