• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

NATO generalından Moldova xəbərdarlığı – Ssenari hazırdır

  • Dünya
  • 19 Sentyabr 2014 08:11
  • 639 Baxış
NATO generalından Moldova xəbərdarlığı – Ssenari hazırdır

“Rusiyanın Baltiya ölkələrinə qanunsuz təsirləri müharibənin başlanğıcı kimi qiymətləndiriləcək”.

Publika.az-ın “The Daily Beast” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı, general Filip Bridlav deyib.

“Bu gizli hərəkətlər Avropaya çox yaxşı məlumdur. Rusiya ilk olaraq bu ilin fevral ayında Krıma xüsusi təyinatlı qüvvələri göndərdi. Sonra isə ruslar Ukraynanın şərqinə zorla girərək qiyam təşkil etdilər. Ukrayna ordusu həmin vaxtdan bu “yaşıl adamcığazlar”la vuruşur. Ancaq yalnız yaxın vaxtlarda Rusiya etiraf etdi ki, Ukraynaya öz güclərini göndərib”, - NATO generalı bildirib.

Onun sözlərinə görə, Kremlin Baltika ölkələrinə qarşı hərbi hərəkətləri NATO nizamnaməsinin beşinci maddəsinin pozulması kimi qiymətləndiriləcək və ittifaq NATO üzvünün müdafiəsinə qalxacaq.

“Biz rus əhalisinin yaşadığı bütün ölkələrdə baş verən prosesləri izləməyə məcburuq. Bu ölkələrlə də başlaya biləcək mümkün hibrid müharibələrin təzahürlərinə hazırlaşmaq lazımdır”, - o, bildirib.

F.Bridlavın sözlərinə görə, NATO-nun son sammiti onun bütün gözləmələrini üstələdi. O, kollektiv operativ reaksiya qüvvələrinin yaradılması barədə Uels sammitində verilən qərarı xatırladıb.

NATO generalı həmçinin qeyd edib ki, Moldovanı da Ukraynadakı “hibrid müdaxilə”nin eynisini gözləyir: “Biz Krımda və Şərqi Ukraynada eyni ssenarinin həyata keçirildiyini gördük. Bu ssenari hazırda Moldova üçün də hazırlanır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR