Dünya
Alman professor: “Azərbaycandan daha çox enerji resursu cəlb edəcəyik”
“Avropa Birliyi Rusiya timsalında ümumi düşmən obrazı yaradaraq daxili birləşməyə imkan yaradır".
Publika.az-ın verdiyi məlumata görə, bun sözləri Rusiya mətbuatına müsahibəsində Potsdam Universitetinin professoru Vilfrid Furman Qərb-Rusiya qarşıdurmasını şərh edərkən deyib.
“Avropa Birliyi Rusiyanın timsalında ümumi düşmən obrazını yaradaraq Avropa ölkələrinin daxili Birləşməsinə imkan yaradır. Hazırda Rusiya ilə qarşıdurma şəraitində Avropanı daha güclü şəkildə birləşdirə bilərik, nəinki əvvəl. Bu xüsusilə energetika bazarında baş verən proseslərdə aydın görünür. Rusiya qazının çatdırılması ilə bağlı qeyri-müəyyən perspektivlər Avropa energetika ittifaqının yaradılması üçün güclü impuls alıq. Halbuki Avropa İttifaqının enerji komissarı Hünter Ettinqer indiyə kimi buna müvəffəq olmurdu”, - Vilfrid Furman söyləyib.
Onun sözlərinə görə, nəticədə Avropa Birliyinin üzv ölkələri enerji resurslarlarını bərabər bölən mərkəzləşdirilmiş şəbəkəyə malik olacaq: “Biz Norveç, Niderland, Şotlandiya və ya Azərbaycandan daha çox enerji resuesu cəlb edəcəyik. Gördüyünüz kimi, ehtiyac olduğu halda Avropa Ukraynanı da qazla təmin edə bildi. Şotlandiya enerji xammalının çatdırılması üçün əhəmiyyətli potensiala malikdir.. Nəhayət, Amerikanın şist qazından istifadəsi barədə müzakirələr aparılır”.
Ömər Dağlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO