Üçtərəfli əlaqə qrupunun növbəti iclasının vaxtı dəqiqləşib
Bizi izləyin

Dünya

Üçtərəfli əlaqə qrupunun növbəti iclasının vaxtı dəqiqləşib

Ukrayna böhranı üzrə üçtərəfli əlaqə qrupu işini 19 sentyabrda Minskdə davam etdirəcək.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə uçtərəfli əlaqə qrupunda Ukraynanı təmsil edən keçmiş prezident Leonid Kuçma Dnepropetrovskda keçirdiyi brifinqdə bildirib.

“Mən sabah ATƏTin nümayəndə qrupu ilə yenidən Minskə uçuram. Daha əvvəl qəbul edilmiş Minsk protokolun icrasını təmin etmək lazımdır”, - L.Kuçma deyib.

Qeyd edək ki, üçtərəfli əlaqə qrupunda Ukrayna, ATƏT və Rusiya təmsil olunur. Qrupda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi və Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov təmsil olunur.

“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumlarının rəhbərlərinin də iştirak etdiyi və Minskdə keçirilən ilk toplantında atəşkəs razılaşmasının yer aldığı Minsk protokolu imzalanıb. Tərəflər danışıqların Minskdə davam etdirilməsi barədə razılaşıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm