Polis zabitlərinin maşınında 17 kq heroin tapıldı
Bizi izləyin

Dünya

Polis zabitlərinin maşınında 17 kq heroin tapıldı

Düşənbədə polis əməkdaşları iki həmkarını həbs edib.

Publika.az-ın xəbərinə görə, saxlanılan polislərdən 17 kq heroin götürülüb.

Tacikistan DİN-dən verilən xəbərə görə, saxlanılanlar 27 yaşlı polis kapitanı Cəmaləddin Rəcəbov və 26 yaşlı baş leytenant Daler Qayurovdur. Onların Toyota Camry markalı avtomobili Niqmat Karabayev küçəsində saxlanılıb. Heroin də avtomobilin yük yerindən götürülüb.

Saxlanılan hər iki polis işçisi Düşənbə sakinidir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm