ABŞ-ın Ayda nüvə sınağı - “Nyusvik”dən inanılmaz faktlar
Bizi izləyin

Dünya

ABŞ-ın Ayda nüvə sınağı - “Nyusvik”dən inanılmaz faktlar

ABŞ hökuməti “Soyuq müharibə” illərində Ayı partlada bilərmiş.

Axar.az xəbər verir ki, bunu “Nyusvik” jurnalı Amerika kəşfiyyatından əldə etdiyi məlumata əsasən yazıb.

Jurnal bildirib ki, Ağ Ev Ayda nüvə silahının sınağını keçirmək niyyətində imiş.

Bundan başqa Ağ Ev bütün planetlərə, o cümlədən Günəş sisteminə nəzarət etmək üçün hərbi baza yaratmaq istəyib. Bununla da ABŞ SSRİ-nin bütün peyklərini sıradan çıxarmaq niyyətində olub. Jurnal bildirib ki, həmin vaxt amerikalılar sərgilərin birindən sovet raketini oğurlamağa müvəffəq olublar. Bundan başqa SSRİ-nin Aya missiya göndərmək üçün lazım olan bütün texnologiyaları oğurlanıb.

Jurnalın yazdığına görə, Sovet hökuməti Mərkəzi kəşfiyyat İdarəsinin bu planlarından xəbər tutsa da, heç vaxt amerikalılara bunu başa düşməyə imkan verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm