• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Suriyalı müxaliflərə hərbi yardım təsdiqləndi: Obama gözləyir

  • Dünya
  • 19 Sentyabr 2014 08:47
  • 383 Baxış
Suriyalı müxaliflərə hərbi yardım təsdiqləndi: Obama gözləyir

ABŞ Nümayəndələr Palatası suriyalı müxaliflərə hərbi yardım verilməsini nəzərdə tutan qərarı təsdiqləyib.

Axar.az xəbər verir ki, qərarın təsdiqi ilə bağlı danışan Obama İŞİD-ə qarşı mübarizədə önəmli addım atıldığını bildirib.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri respublikaçı Bak Makkeon tərəfindən hazırlanan 7 səhifəlik dəyişikliyin bir sıra məhdudiyyətlər ehtiva etdiyi müşahidə edilir.

Suriyanın müxalif qruplarına hərbi yardımı nəzərdə tutan qanunun Senatın ümumi yığıncağında da təsdiqlənməsi gözlənilir. Əksəriyyətini demokratların təşkil etdiyi Senatın da layihəni təsdiqləyəcəyi halda, qanun layihəsi imzalanmaq üçün Prezident Obamaya göndəriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR