Şotlandiya “Yox” dedi - Yenilənib
Bizi izləyin

Dünya

Şotlandiya “Yox” dedi - Yenilənib

Şotlandiyada dünən keçirilən referendumda səslərin hesablanması başa çatıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müstəqillik əleyhdarları liderlik edirlər.

Şotlandiyanın müstəqilliyi üçün seçicilərin 44,5 faizi səs verib, 55,4 faizi isə buna qarşı çıxıb. Şotlandiyanın yalnız 2 qraflığında səsvermənin nəticələri elan edilməyib. Amma bu iki qraflıqdan gələn məlumatlar da referendumun ümumi nəticəsini dəyişdirməyəcək.

Referendumla bağlı nəticələr yerli vaxtla saat 7.00-da elan ediləcək.

09:43

Şotlandiyada keçirilən müstəqillik referendumunda seçicilərin 60 faizindən çoxu müstəqillik ideyasını dəstəkləməyib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə BBC teleradioyayım korporasiyası və “Röyters” xəbər agentliyi bildirib.

Şotlandiyanın 32 qraflığından 26-da müstəqillik üçün 1 milyon 176 min 952, əleyhinə isə 1 milyon 397 min insan səs verib.

Böyük Britaniya qəzeti “Guardian” səslərin son nəticələrinə əsasən “Şotlandiyalılar müstəqilliyi rədd etdi” başlığı ilə çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm