Poroşenko Donbasda döyüşən oğlundan danışdı
Bizi izləyin

Dünya

Poroşenko Donbasda döyüşən oğlundan danışdı

Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu Ukraynanın şərqində vuruşur.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının özü CNN telekanalına müsahibəsində deyib.

“Mənim oğlum oradadır. O, şəxsi iradəsi ilə döyüşə gedib və artilleriya bölməsinə rəhbərlik edir”, - Poroşenko dilə gətirib.

Atəşkəsin dayandırılmasının Ukraynada sülhə gətirib çıxaracağına ümid etdiyini deyən prezident oğlunun Oksford Universitetinin iqtisadiyyat bölməsi üzrə məzun olduğunu xatırladıb. Poroşenko oğlunun rəhbərlik etdiyi bölükdə son üç həftə ərzində üç döyüşçünün həlak olduğunu qeyd edib.

“Bu çox güclü siqnaldır. Hansı ki, prosesin nə qədər təhlükəli və sülhün əhəmiyyətli olduğunu prezident, vətəndaş və bir ata kimi mənə anlamağa imkan verir”, - Poroşenko Vaşinqtonda olduğu vaxt bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm