Qızının öləcəyini öyrənən anadan ÜRƏKDAĞLAYAN QƏRAR
Bizi izləyin

Dünya

Qızının öləcəyini öyrənən anadan ÜRƏKDAĞLAYAN QƏRAR

10 yaşlı kiçik qız xərçəng xəstəliyinin qurbanı olub.

Teleqraf.com xəbər verir ki, Evi Vaytfildin bir müddət əvvəl xərçəng xəstəsi olduğu ortaya çıxıb. Həkimlər bütün müalicələrə rəğmən, getdikcə vəziyyəti pisləşən kiçik qızın ömrünün son günlərini yaşadığını onun valideynlərinə bildiriblər.

Nə edəcəyini bilməyən ana qızının ömrünün son günlərini xoşbəxt keçirmək üşün onun hər dediyini etməyə qərar verib. Kiçik qız ilk olaraq şahzədə olmaq istədiyini deyib. Evi anasının köməyi ilə bu arzusuna çatıb.


Daha sonra isə Legolanda gedib orada "One Direction" qrupu ilə tanış olmaq istediyini deyib. Kiçik qızın bu arzusu da yerinə yetib. Evi uzun müddətdir ki, itinin olmağını arzulayırmış. Ömrünün son günlərində anası ona it alaraq ən böyük sevincini yaşadıb. Bütün arzuları gerçəkləşən kiçik qız bir neçə gün sonra anasının qucağında dünyasını dəyişib.

Dəniz Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm