Türkiyə Suriyada bufer zona yaradacaq
Bizi izləyin

Dünya

Türkiyə Suriyada bufer zona yaradacaq

Türkiyə İŞİD-dən qaçanları qarşılamaq üçün Suriyada bufer zona hazırlamaq üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, Türkiyə 16 kürd kəndini ələ keçirən və məsum insanları öldürən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatından qaçanları qarşılamaq üçün Suriyada bufer zona hazırlıqlarına başlayıb.

Srağagün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanan təhlükəsizlik zirvəsində “bufer zona üçün hazır olmaq” qərarı verilib.

“Hürriyət”in xəbərinə görə, qərara əsasən, Ali Baş Qərargahında da bufer zona yaratmaq üçün hərəkət planı işlənilir.

Lakin zirvədə bufer zona üçün BMT-nin (Birləşmiş Millətlər Təşkilat) qərarının gözlənməsi və BMT-də belə bir qərar çıxması üçün bütün təklifləri dəyərləndirmək qərarı çıxıb.

Bunun üçün prezident Ərdoğan sentyabrın 22-də BMT-nin ümumi iclasına qatılmaq üçün Nyu-Yorka gedəcək.

ABŞ prezidenti Barak Obamanın da BMT-nin iclasına qatılacağı gözlənilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm