İŞİD növbəti jurnalistin videosunu yaydı – VİDEO
Bizi izləyin

Dünya

İŞİD növbəti jurnalistin videosunu yaydı – VİDEO

Terror təşkilatı daha bir qərbli jurnalistin videosunu yayımlayıb. Lakin budəfəki videoda baş kəsmək yox, təşkilatın təbliğatı aparılır.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, indiyə qədər iki qərbli jurnalistin və bir humanitar yardım koordinatorunun başını kəsdiyi videonu yayımlayan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı bu dəfə fərqli üsula əl atıb. Belə ki, İŞİD tərəfindən yayımlanan axırıncı videoda ingilis jurnalist John Cantlienin olduğu görüntülər “Məni dinləyin” cümləsi ilə başlayır.

Videoda jurnalist qərb mediasından və İŞİD-in arxasındakı həqiqətlərdən danışacağını deyir.

İŞİD-in yayımladığı videoda İngiltərə aksenti ilə danışan və narıncı rəngdə libas geyindirilən jurnalist adının John Cantlie olduğunu və “The Sunday Times”, “The Sun” və “The Sunday Telegraph” kimi qəzetlərdə işlədiyini qeyd edir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm