Şotlandiya referendumdan qazanclı çıxdı
Bizi izləyin

Dünya

Şotlandiya referendumdan qazanclı çıxdı

Böyük Britaniya baş naziri Devid Kameron Şotlandiyada keçirilən referendumun nəticələri barədə çıxış edib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, birlik tərəfdarlarını təbrik edən baş nazir şotlandiyalılara xoş xəbər də verib.

Onun sözlərinə görə, hökumət komissiyası noyabr ayına kimi Şotlandiya hakimiyyətinin yeni səlahiyyətləri və vergilərdən regional büdcəyə ötürülməsi ilə bağlı təkliflər paketi hazırlayacaq. 2015-ci ilin yanvar ayında isə müvafiq qanun layihəsinin qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, dünən Şotlandiyada müstəqillik üçün referendum keçirilib. Seçicilərin 45 faizi müstəqilliyə səs verib, 55 faizi isə buna qarşı çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm