“Google şəxsi məlumatları kəşfiyyata satır” - Assancdan ŞOK İTTİHAM
Bizi izləyin

Dünya

“Google şəxsi məlumatları kəşfiyyata satır” - Assancdan ŞOK İTTİHAM

“WikiLeaks” saytının yaradıcısı Culian Assanc “Google” şirkətinin öz istifadəçilərinin şəxsi məlumatlarını ABŞ-ın milli kəşfiyyat orqanları ilə bölüşməsi iddiası ilə çıxış edib.

Publika.az-ın məlumatına görə, son iki ilini keçirdiyi Ekvadorun Londonda yerləşən səfirliyində məşhur ingilis mediası olan BBC və “SkyNews”-ə verdiyi müsahibələrində Culian Assanc deyib ki, “Google” istifadəçisi olan insanların mümkün qədər şəxsi məlumatlarını toplayır, təhlil edir və həmin məlumatları xasiyyətlər üzrə ayrı-ayrı sistemlər yaradır. Sonra da həmin məlumatları “Google”a reklam verən şəxslərə və xüsusi xidmət orqanlarına satır.

“Google” ilə ABŞ və bir neçə dövlətin kəşfiyyat orqanları arasında məlumat mübadiləsi barədə razılaşma olduğunu iddia edən Culian Assanc qeyd edir ki, şirkət bu addımları, əsasən, 2002-ci ildən bəri həyata keçirməyə başlayıb.

Daha sonra Culian Assanc bildirir ki, “Google” öz istifadəçiləri haqqında mövcud olan şəxsi məlumatları 2009-cu ildən bəri beynəlxalq kəşfiyyat təşkilatları ilə bölüşür.

Onun sözlərinə görə, hələlik insanların böyük əksəriyyəti “Google”nin onlar üçün nə qədər ziyanlı olduğunu bilmirlər.

İki ildir ki, Ekvadorun Londondakı səfirliyində sığınacaq tapan Culian Assanc deyir ki, burada qalmaq elə də asan məsələ deyil:

“Elə vaxt olur ki, gecənin bir yarısı qapımızı çalanlar olur. Hələ mən daha çətin vəziyyətdə olanları demirəm”.

Culian Assanc öz müsahibəsində “Wikileaks”-də İraq və Əfqanıstan müharibələrinə dair sənədləri və ABŞ Xarici İşlər Nazirliyinin məxfi yazışmaları ilə bir yerdə 700 mindən çox sənədi ictimaiyyətə sızdırdığı üçün 35 il həbs cəzasına məhkum olmuş Bradley Manningi də nümunə göstərir.

Culian Assanc “Google”-nin İcra heyətinin sədri Eric Schmidt ilə ən son 2011-ci ildə danışıqlar apardığını və bu danışıqların məzmununun “Google Wikileaks ilə bir araya gələndə” adlı kitabda dərc olunduğunu söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm