• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

O da Putini tərk edir: Kreml üçün siqnal

  • Dünya
  • 19 Sentyabr 2014 12:03
  • 1 871 Baxış
O da Putini tərk edir: Kreml üçün siqnal

Sentyabrın 22-də Nyu-Yorkda Belarus-Amerika investisiya forumu keçiriləcək.

Publika.az-ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, Belarus hakimiyyəti Amerika investisiyalarının cəlb edilməsinə bel bağlayır və iqtisadi layihələrin irəliləyişinə əvəz olaraq siyasi məsələlərin müzakirəsinə söz verirlər.

Okeanın o tayına Belarusun baş naziri Mixail Myasnikoviçin rəhbərlik etdiyi məmurlar və biznesmenlərdən ibarət nümayəndə heyəti yola düşəcək. “Forum hakimiyyət nümayəndələri və potensial investorlar arasında investisiya sferasında əməkdaşlığın aktual aspektlərinin müzakirəsi üçün xüsusi açıq meydança olacaq”, - Belarus hökumətinin mətbuat xidmətindən bildirilib. Proqram nitqi ilə Belarus baş naziri çıxış etməlidir.

Rəsmi məlumatlardan göründüyü kimi, M.Myasnikoviçin ABŞ-a səfərinin əsas məqsədi BMT-nin iqlim dəyişikliyi üzrə konfransında iştirak etməkdir. Konfrans BMT Baş Assambleyasının növbəti sessiyasının açılışının ərəfəsində olacaq. Tədbirə təxminən 60 dövlət başçısı və on baş nazirin gələcəyi gözlənilir. M.Myasnikoviç bir sıra dövlər və hökumət başçıları ilə görüşmək üçün BMT meydançasından istifadə etməyi planlaşdırır.

“Nezavisimaya qazeta”nın daha əvvəl yazdığı kimi, Belarus 2008-ci ildən başlayaraq potensial xarici partnyorlar üçün öz biznes imkanlarını nümayiş etdirməyə başladı. İlk belə forum Londonda, daha sonra Berlində keçirilib. Belarus ABŞ-da ilk dəfədir ki, biznes imkanlarını nümayiş etdirməyə çalışırlar.

Rusiya nəşri yazır ki, Minsk yalnız Belarusun cazibədar biznes mühiti haqqında danışmağa hazırlaşmır.

“Onlar xaricə konkret təkliflər aparırlar ki, investorların pulu ilə harada, hansı məbləğə və nəyi tikmək istəyirlər. Bütün bunlar isə KİV-də aktiv kampaniya ilə müşayiət olunurdu. Təəssüf ki, bu cür tədbirlərin məhsuldarlığı qısamüddətli oldu. Siyasi risklər investorları dayandırırdı. Amma hazırda Minskin Brüssel və Vaşinqtonla münasibətlərində istiləşmə başlayıb. Mixail Myasnikoviçin qarşıdakı səfəri Belarus-Amerika münasibətlərində hansısa dəyişikliklərin siqnalıdır", - siyasi müşahidəçi Roman Yakovlevski deyir.

Ekspertlər hesab edirlər ki, Minsk investisiyalara əvəz olaraq prezident seçkiləri ərəfəsində demokratiya və liberallaşdırma proseslərini təqlid etməyə çalışacaq. Ekspertlər həmçinin qeyd edir ki, Qərbin Rusiya üçün yaratdığı iqtisadi və maliyyə maneələri Moskvanın əsas strateji və iqtisadi tərəfdaşı olan Minski biznes üçün yeni imkanları axtarmağa itələyirlər.

Rəsmi mənbələr bildirir ki, ABŞ-ın təxminən 170 şirkətinin nümayəndələri Belarus-Amerika forumuna gəlməyə söz veriblər.

“Yerli müşahidəçilər böyük investisiya sıçrayışları gözləmirlər. Baş nazirin okeanın o tayından nəyisə gətirəcəyini proqnozlaşdırmaq çətindir”, - R.Yakovlevski qeyd edir.

Bununla belə, rusiyalı siyasi müşahidəçilər hesab edir ki, Belarusun da təmsil olunduğu Avrasiya İqtisadi İttifaqında xoşagəlməz proseslər gedir. Onlar hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putinin yaratdığı Avrasiya İqtisadi İttifaqı ilə bağlı verilən Qərbin “uğursuz qurum” proqnozları özünü artıq doğrultmaqdadır.

“Nezavisimaya qazeta” nəşri planların əksinə olaraq, Rusiya, Belarus və Qazaxıstanın ittifaq çərçivəsində daha az inteqrasiya olduğunu bildirir.

“Hələ vahid valyuta, maliyyə, sosial siyasət, enerjidaşıyıcısıların ticarəti, real fövqəlmilli idarəetmə orqanlarının yaradılmasından söhbət getmir. Ən həssas məsələlər - nef, qaz və maliyyə üzrə məsələlər həll edilməmiş qalır. Bu məsələlərin isə 2025-ci ilə qədər həll edilməsi gözlənilir. Yəni, proses çox ləng gedir”, - Rusiya nəşri qeyd edir.

Avrasiya İqtisadi İttifaqı ölkələrin iqtisadi müstəqilliyin bir hissəsinin fövqəlmilli strukturlara etibar edilməsini nəzərdə tutur. Rusiya daxil olmaqla qurumun üzvləri bu prosesin olduqca ağır şəkildə getdiyini etiraf edirlər. Hələ ki heç kim milli müstəqillik prinsiplərindən keçmək istəmir. Avropa İttifaqı nümunəsi, yəni üzv ölkələrin iqtisadi, hərbi, maliyyə və digər milli müstəsna hüquqlardan könüllü şəkildə imtina etməsi Avrasiya İqtisadi İttifaqı iştitrakçılarına xoş gəlmir.

“Nezavisimaya qazeta” bildirir ki, MDB ölkələrinin Rusiya ilə daha sıx inteqrasiyaya etibar etməməsi çoxillik imperiya və keçmiş SSRİ təcrübəsi ilə izah olunmalıdır: “MDB ölkələrində ciddi qorxular var ki, iqtisadi inteqrasiya mütləq siyasi müstəqilliyin itirilməsinə gətirib çıxaracaq. Bununla belə, müasir dünyada dərin iqtisadi inteqrasiya olmadan yaşamaq mümkün deyil. Əgər Rusiya, həqiqətən də, keçmiş respublikalarla uzunmüddətli əməkdaşlığa köklənibsə, o halda sübut etmək lazımdır ki, Avrasiya İqtisadi İttifaqı layihəsi siyasi müstəqilliyin saxlanıldığı, ərazi bütövlüyü, tarix, dil, mədəniyyət, mentalitet və partnyorların bərabərliyə əsaslanan inteqrasiya birliyidir. Əlbəttə ki, bəzi qərarlar bu və ya digər tərəfin maraqlarına zidd ola bilər və hər bir iştirakçı ölkə istənilən qərara veto qoymaq imkanına malik olmalıdır. Bu, iqtisadi inteqrasiyanın ciddi impulsudur”.

“Ənənəvi inteqrasiya isə Rusiya üçün çox baha başa gəlir. Rusiya 2000-2013-cü illər ərzində Belarusa maddi yardımlar və dotasiyalar şəklində 70 milyard dollar ödəməli olub. Rusiyanın ABŞ və Avropa Birliyi ilə münasibətlərin gərginləşdiyi bir dövrdə Moskva Belarus və Qazaxıstandan kömək umur. Rusiya Qərbin sanksiyalarına cavab vermək üçün bir sıra qərarlar qəbul edib və cavab sanksiyalara Astana ilə Minskin də qoşulmasını gözləyir. Nazarbayev və Lukaşenko isə bildirdilər ki, ittifaqda Kreml tərəfindən təklif edilən münasibətlər modeli onların xoşuna gəlmir və Rusiyanın cavab sanskiayalarına qoşulmaq niyyətində deyillər.

Təbii ki, nə Astana, nə də Minsk Qərbdən gələn sanksiyaların Rusiya ilə bərabər daşımaq niyyətində deyil. Nazarbayevin artıq bir neçə dəfə Kremlin üzünə ağ olmasından sonra onun belaruslu həmkarı Lukaşenkonun da okeanın o tayına boylanması təəccüb doğurmamalıdır. Görünür, Belarus və Qazaxıstan liderləri hansısa təhlükəli proseslərin baş verəcəyini yəqin ediblər.

Belarusun ABŞ-a “iqtisadi layihələrin irəliləyişinə əvəz olaraq siyasi məsələlərin müzakirəsinə söz verməsi” isə Moskava üçün ciddi siqnal olmalıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR