4-cü sinif şagirdinin əməli hər kəsi yandırıb-yaxdı - FOTO
Bizi izləyin

Dünya

4-cü sinif şagirdinin əməli hər kəsi yandırıb-yaxdı - FOTO

Türkiyədə dəhşətli intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb. Belə ki, İzmir şəhərinin Buca bölgəsində bir həftədir məktəbə gedən 4-cü sinif şagirdi intihar edib.

Qəzetin yazdığına görə, təhlükəsizlik xidmətində işləyən atası Ümran Bilir və anası Münibə Bilir övladlarının məktəbdən evə qayıtmadığını öyrəniblər. Hər yerdə övladlarını axtaran valideynlər azyaşlı uşağın cansız bədənini evdəki qarderobda asılmış vəziyyətdə tapıblar.

Dərhal xəstəxanaya aparılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Şəhər hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Dəniz Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm