Rusiya Donbasa “Tülpan” minaatan batareyası göndərdi
Bizi izləyin

Dünya

Rusiya Donbasa “Tülpan” minaatan batareyası göndərdi

Rusiya Federasiyası Donbas hövzəsinə xüsusi təyinatlı dəstəni və “Tülpan" minaatanlar batareyasını göndərib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk sosial şəbəkədəki səhifəsində yazıb.

“Son iki gün ərzində iki yeni rota taktik qrupu, xüsusi təyinatlı dəstənin bölmələri və 4 ədəd 240 kalibrli 2S4 “Tülpan” minaatanı Ukrayna ərazisinə daxil olub”, - hərbi ekspertin xəbərində deyilir.

Ukrayna antiterror qərargahında bildirilib ki, separatçılar Donetsk aeroportunu əllərində saxlayan Ukrayna desantçılarına qarşı kimyəvi silah tətbiq etmək istəyirlər. Atəşin isə “Tülpan” minaatanlarının köməyi ilə edilə biləcəyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm