Rusiyadan növbəti hədə: Su-24-lər İsveçə daxil oldu
Bizi izləyin

Dünya

Rusiyadan növbəti hədə: Su-24-lər İsveçə daxil oldu

Rusiyanın iki Su-24 qırıcı təyyarəsi İsveç hava sərhədini pozub.

Axar.az İnforesist.org saytına istinadən xəbər verir ki, Kaliniqraddan səmaya qalxan təyyarələr İsveçə məxsus Eland adaları üzərindən çox aşağı hündürlükdə uçuş aparıblar.

İsveç Hərbi Hava Qüvvələrinə məxsus JAS Gripen təyyarələri havaya qalxdıqdan sonra ruslar öz bazalarına qayıdıblar. Ölkənin Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm